"Qurban bəy doğrudanmı belə hörmətsiz adamdır ki..." - Arif Hacılıdan cavab

img

28-02-2014 [10:07]


2005 parlament seçkilərində İsa Qəmbərlə deputat Adil Əliyevin yarışdığı  20 saylı Nərimanov dairəsində kimin əsl qələbə qazanması hələ də öz aktuallığını qoruyur. Bir neçə gün əvvəl vəkil Qurban Qurbanovun açıqlamaları isə bu yöndə gedən mübahisələri daha da qızışdırıb.

Mia.az xəbər verir ki, Q.Məmmədovun açıqlamasına Müsavat fünksioneri Arif Hacılıdan cavab gəlib. Onun Facebook-dakı hesabında verilən cavabı olduğu kimi təqdim edirik: 

"İndi həbsdə olan dostumuz Qurban Məmmədov 20 saylı Nərimanov seçki dayrəsində 2005 ci il parlament seçkiləri haqda yazır ki,"... məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova." Belə nəticənin səbəbini də bir neçə gəncin həmin həyətə gələrək seçiciləri polis bölməsinin rəisinə səs verməyə çağırmaları , buklet paylamaları ilə izah edir.

 Əvvəla görəsən, Qurban bəy gizli seçkilərin nəticələrini bu qədər dəqiqliklə haradan bilir? Ikincisi Qurban bəy doğrudanmı belə hörmətsiz adamdır ki, onun YAŞADIĞI həyətin seçiciləri onun müdafiə etdiyi,iki il əvvəl Azərbaycan Prezidenti seçilmiş namizədə deyil,bir iki gəncin bir neçə dəfə bu həyətə gəlməsi ilə polis bölməsi rəisinə səs versin?! 

 Hörmətli hüquqşünas Müsavat partiyasına, onun başqanına qarşı təbliğat kampaniyasina o qədər aludə olub ki, o zaman üzvü olduğu "Azadlıq" blokunun 2005 ci il parlament seçkilərinin azad və ədalətli olmaması barədə qərarını, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin konkret olaraq 20 Saylı Nərimanov seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması barədə hökmünü nəzərə almadan Adil Əliyevi xalq tərəfindən seçilmiş həqiqi millət vəkili adlandırir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA