Leyla Əliyeva: "Əlbəttə, biz bu gün nə etsək də..."

img

28-02-2014 [10:03]


Fevralın 27-də Moskvanın "AZIMUT Moscow Olympic" otelinin konfrans salonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib. 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.

Otelin foyesində Bakının uşaq evlərində tərbiyə alan balacaların çəkdikləri rəsmlər sərgilənmiş, iştirakçılara soyqırımından bəhs edən müxtəlif ədəbiyyat paylayıb. Foyedə quraşdırılmış monitorda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin müharibə zamanı viran edilmiş ayrı-ayrı guşələrini əks etdirən kadrlar bir-birini əvəz edirdi.

Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri

Leyla Əliyeva çıxış edərək deyib: "Bu faciə Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifəsidir. Əlbəttə, biz bu gün nə etsək də, heç vaxt o günahsız insanların həyatlarını qaytara, yaxınlarını itirmiş insanların dərdlərinə dərman tapa və hər bir azərbaycanlının qəlbindəki yaranı sağalda bilmərik. Zaman göstərir ki, Azərbaycan xalqının ruhu sınmayıb. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt heç kim və heç nə sındıra bilməz".

Sonda "Cəhənnəmi görmüş pilot" filmi nümayiş etdirilib.

Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

Tədbirdə Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər.

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA