Əli Kərimlinin mühafizəçisi saxlanıldı

img

27-02-2014 [18:07]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənlini polis saxlayıb.Bu barədə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib. N.Ədilov mühafizəçinin polis idarəsində olduğunu deyib: 

"Onu polis saxlayarkən bildirib ki, avtomobili ilə adam vurub, ona görə idarəyə aparılmalıdır. B.Həsənlini Suraxanı rayon Polis İdarəsinə gətiriblər. Burada ona bildirilib ki, "adam vurma” məsələsi yoxdur, onu "yuxarıların” tapşırığı ilə idarəyə gətiriblər.
Bu məlumatları çatdırandan sonra Bəhruz Həsənli ilə telefon əlaqəsi kəsilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA