PARLAMENT SEÇKİSİ: boş qalan dairələr üzrə yaxın vaxtlarda seçki olacaq

img

12-12-2021 [13:11]


"Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq".

Mia.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının  sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq".

MSK sədri deyib ki, məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir

Onun sözlərinə görə, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə işlər qalıb. Yaxın vaxtlarda iclas keçiriləcək və işlər başa çatdırılacaq. Bununla da məntəqə seçki komissiyaları tam formalaşmış olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR