RƏSMİ MOSKVADAN BAKI VƏ İRƏVANA AÇIQ MESAJ: "Rusiyanın dəstəyilə delimitasiya, sonra isə..."

img

09-12-2021 [19:37]


“Rusiya Azərbaycan ilə Ermənistan liderləri arasında təmasların davam etdirilməsini mühüm hesab edir”.

Mia.az  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, iki ölkə liderləri arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüş zamanı üçtərəfli razılaşmaların reallaşdırılmasına sadiqliyin ifadə olunacağına ümid edirlər: "Həmişəki kimi, Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz Cənubi Qafqazda sərhəd mübahisələrinin həlli, nəqliyyat yollarının açılması istiqamətində çalışırıq. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin Rusiyanın dəstəyilə delimitasiyası, sonra isə demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq istiqamətində işlər görülməlidir. Komissiyaya hər ölkədən nümayəndə heyətləri tezliklə təyin olunmalıdır. Biz bunu da gözləyirik".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA