Vasif Talıbov müəllimi Ali Məclisdə şöbə müdir təyin edib

img

09-12-2021 [18:25]


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə yeni müdir təyin olunub.

Bu barədə Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Məmmədəli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Emin Məmmədov bundan əvvəl Naxçıvan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasında müəllim işləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA