"NİDA"çıların məhkəməsində qalmaqal: "Ömründə bir dəfə kişi ol"

img

27-02-2014 [12:15]



Xəbər verildiyi kimi, bu gün "Nida" vətəndaş hərəkatı və "Azad gənclik" təşkilatı üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə öz işinə başlayıb.

Əməkdaşımızın verdiyi xəbərə görə, məhkəmə elan olunduğu vaxtdan gec başlayıb və müttəhimlərin yaxınları dostları bu arada fləş-mob səciyyəli aksiya keçiriblər: mahnı oxuyublar, şüarlar səsləndiriblər və ayaqlarını yerə çırpıblar.

Reportyorumiuzun verdiyi xəbərə görə, məhkəmə iclası Anar Abbasov adlı şahidin ifadəsinin alınması ilə başlayıb. Lap əvvəldən məlum olub ki, şahid guya özünün yazmış olduğu ifadəni üzündən oxuya bilmir. Bundan başqa, o, təqsirləndirilən şəxsləri tanıya bilməyib, hər kəlməsində yalançı şahid olduğunu büruzə verib. Müttəhim Zaur Qurbanov şahidə müraciətlə "ömründə bir dəfə kişi ol, düzünü danış" deyə müraciət edib. Hakim ona etirazını bildirib və Z.Qurbanov "bu, sadəcə, bir təklifdir" deyə cavab verib.
Yalançı şahidin ifadələri təqsirləndirilən şəxslər tərəfindən etirazla qarşılanıb.

Vəkil Elton Quliyev bildirib ki, şəxsiyyət vəsiqəsi olmayan bu şəxsin doğrudan da Anar Abbasov olub-olmadığını necə bilmək olar. Hakim ona bildirib ki, onun izahatının qəbul olunması üçün 9 nömrəli forma çıxaracaqlar.

Sonra məhkəmədə əsəblər gərilib, mübahisə yaranıb və hakim məhkəmənin fevralın 28-dək təxirə salındığını bildirib.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA