Əziz Səncər: "Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb"

img

02-12-2021 [12:54]


"Sonuncu dəfə Azərbaycana 2017-ci ildə gəlmişdim. 2017-ci illə indiki elm arasında müqayisə aparmağım mümkün deyil. Buna səbəb indiki səfərimdə elm adamları ilə görüşməməyimdir".

Bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumu çərçivəsində "Postpandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki səfərində hər kəsi düşündürən yalnız Qarabağ problemi var idi: "Bu gəlişimdə Qarabağın azad olunması var və bu, hər kəsdə özünəinam yaradıb. Təbii ki, bu azadlıq elmi iş üçün də önəmlidir. Ümid edirəm ki, bu, elmə də təsir edəcək"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA