Müsavatın Divan toplantısında nələr müzakirə edildi?

img

25-02-2014 [22:29]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Yığıncaqda Müsasvat Partiyası İcra Aparatının rəhbərliyinin Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gəncə, Goranboy, Göygöl və Samux rayon təşkilatlarının rəhbərliyi ilə Ağstafa və Gəncə şəhərlərində keçirdikləri görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs olunan, təqsirləndirilən şəxslərin, Bakı şəhərində Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəmələrində iştirak haqqında məlumat verilib. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəmə qərarından Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayətinə baxılmasının gecikdirilməsi faktı qeyd edilib. (Divan iclası bitdikdən sonra məlum yayılıb ki, bu məhkəmə prosesi 4 marta təyin edilib.)

Müsavat Partiyası rəhbərliyinin Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmənin gedişini müşahidə etməsinə şərait yaradılmaması və maneçiliyi aradan qaldırmaq əvəzinə məhkəmə sədri tərəfindən məhkəmə zalından çıxarılması Azərbaycan məhkəmələrinin necə bərbad bir vəziyyətdə olduğunu təsdiqləyib.

Partiyanın Divanı öz haqlarının müdafiəsi uğrunda mübarizə aparan BDU və digər universitet tələbələrinin etirazlarını haqlı hesab edib, gənclərə qarşı həyata keçirilən və repressiyaları pisləyib və bu qanunsuzluqların durdurulmasını tələb edib.

Yığıncaqda "Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun sosial şəbəkələrdə ölümlə təhdid edilməsi haqqında məlumat verilib və Y.Əkrəmoğlunun həyat və təhlükəsizliyinə görə Vasif Talıbov və İlham Əliyevin üzərinə məsuliyyət düşdüyü bəyan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA