İranın Azərbaycandakı səfirliyi başsağlığı mesajı yaydı

img

30-11-2021 [16:57]


İranın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində açıqlama yayıb.

Açıqlamada deyilir: “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA