Oqtay Əsədovdan gözlənilməz açıqlama: “Dağlıq Qarabağ və ətraf 7 rayon azad ediləcək”

img

25-02-2014 [12:17]


Milli Məclisin növbəti iclası keçirilir. Spiker Oqtay Əsədovun təklifi ilə deputatlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla qeyd etdilər. 

Spiker dedi ki, Milli Məclisin qərarına əsasən 26 fevral Xocalı soyqırmı günü kimi qeyd edir. O.Əsədovun sözlərinə görə, İslam Konfransı Təşkilatı, Pakistan, Meksika, Kolumbiya, Peru, ABŞ-ın 20-yə yaxın ştatında və digər ölkələrdə Xocalı soyqırımı haqqında mühüm sənədlər qəbul edilib, erməni cinayətləri qətiyyətlə pislənilib: "Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğaldan azad ediləcək, Xocalı soyqırmının günahkarları da layiqli cəzasını alacaq”.

Gündəliyin təsdiqindən sonra Xocalı soyqırımı ilə bağlı müzakirələr başladı.

İclas davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA