Ziyafət Əsgərov Minsk qrupuna “ölü qrup” dedi

img

24-02-2014 [13:50]


"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərə vermir. İndi biz 20 il də gözləməliyik ki, problem nə vaxt həll olunacaq? Bu qrup "ölü qrup”dur".
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası tərəfindən Xocalı soyqırımının ildönümü münasibətilə təşkil olunmuş tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərovun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli prosesinin yaxınlaşması Azərbaycan gücündən asılı məsələdir.
Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyindən danışan 1-ci vitse-spiker hazırda bu istiqamətdə Azərbaycan dövləti tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA