Şirvanda YAP-ın təsis olunması münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR
22-11-2021 [09:07]
Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis olunması münasibətilə silsilə tədbirlər keçirilib.
Mia.az xəbər verir ki, tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Herdər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Heydər Əliyev Mərkəzində keçirilən ümumşəhər tədbiri dövlət himninin ifası ilə başlayıb.
Tədbir İştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən bəhs edən “Xilaskar” adlı sənədli filmə tamaşa ediblər. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Partiyanın qurucusu ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişən YAP fəallarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar edilib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə ictimai-siyasi vəziyyətdən, partiyanın keçdiyi tarixi inkişaf yolundan, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıb. Bu partiyanın sosial sifariş olduğunu, xalqımızı, dövlətimizi daim qələbələrə apardığını qeyd edib. Yeni Azərbaycan Partiyasının güclü sosial bazaya malik olduğunu, Cənubi Qafqazda ən böyük siyasi təşkilat olaraq ümumxalq partiyasına çevrildiyini bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına Yeni Azərbaycan Partiyası kimi bir təşkilatı və müstəqil dövlətçilik ideyalarına sədaqətlə xidmət edən siyasi varis, planetar təfəkkürlü İlham Əliyev kimi siyasi dövlət xadimini bəxş etdiyini qeyd edib. Bu iki amilin Azərbaycan xalqının xoşbəxtliyini, qüdrətini və zəngin xəzinəsini təşkil etdiyini və onu ardıcıl zəfərlərə aparan başlıca qüvvə olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, dövlət başçısının dünyanın ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələri, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təmin edilməsini, əsgər və zabitlərimizin yüksək vətənpərvərlik ruhunu 44 gün davam edən Vətən müharibəsində ardıcıl zəfərlərin əldə olunmasını təmin etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşdülər.
Sonra tədbir iştirakçıları şəhərin mərkəzində Şirvan şəhərindən I və II Qarabağ müharibəsində həlak olan hər bir şəhidin adının əbədiləşdirilməsi məqsədilə quraşdırılmış və daim fəaliyyət göstərən müasir monitorla tanış olublar, şəhidlərin fotolarının və haqqında məlumatların təqdim olunduğu monitora tamaşa ediblər. İcra başçısı İlqar Abbasov məktəblilərin də vaxtaşırı monitoru ziyarət etməsini və onların da şəhidlər haqqında məlumatlarla tanış olmalarının təşkil edilməsini təhsil işçilərinə tövsiyə etdi.
Sonra tədbir iştirakçıları Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncə Şirvan şəhərindən I Qarabağ müharibəsində itkin düşən şəhidlərin xatirə lövhəsi, sonra isə hər bir şəhid məzarı ziyarət edilərək, önünə tər qərənfillər qoyulub, ruhlarına dualar edilib. Sonra Şəhidlər Xiyabanında ucalan “Şəhid anası” abidəsi ziyarət edilib. Abidə önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, I Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı İradə Atayeva və digər YAP fəalları çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 29 il ərzində qazanılan uğurlardan, Vətən müharibəsində Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq nəticəsində qısa müddətdə torpaqlarımızın azad edilərək Böyük Zəfərin əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu qələbənin təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin tarixi xidmətlərini qeyd ediblər. Qələbənin əldə olunmasında Yeni Azərbaycan Partiyasının sədrinin və üzvlərinin apardığı ideoloji işdən danışıblar. Şəhid anaları şərəfinə ilk olaraq Şirvan şəhərində ucaldılan “ Şəhid Anası” abidəsinin önəmini vurğulayıblar. Şəhidlərin xatirəsini bir daha anıb, ruhuna dualar ediblər.
Daha sonra tədbir iştirakçıları əsaslı təmir edilən Məhəmməd Füzuli adına parkda şəhər sakinlərinin mədəni istirahəti üçün yaradılan şəraitlə tanış olublar. Orada Vətən müharibəsində qələbəyə həsr olunmuş “Zəfər abidəsi”ni ziyarət ediblər. Abidə önündə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov parkda aparılan abadlıq-quruculuq işləri, yeni salınan “Zəfər abidəsi” barədə məlumat verib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və tədbirdə çıxış edən digər YAP fəalları şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə, Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkının əsaslı təmirinə, “Zəfər abidəsi”nin ucaldılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub