Spiker: "Ermənistanın təxribatı bundan sonra da adekvat şəkildə cavablandırılacaq"

img

17-11-2021 [23:49]


"Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi - siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova tviter hesabında yazıb.

O, daha sonra dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib: "Allah şəhidlərimizə rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA