XİN başçısı: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb" - "Cənubi Qafqazda yeni reallıq yaranıb”

img

17-11-2021 [13:51]


“Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”.

"Anadolu” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: "Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bu il bu mövzuda ciddi işlər görülməlidir. Artıq illəri əhatə edəcək yox, aylarımızı alacaq işlərdən danışırıq. Aylar sonra köçkünlərin bəziləri yurdlarına qayıdacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA