Britaniya səfiri: “Regionda dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”

img

15-11-2021 [11:26]


“Keçən ilki münaqişlədən sonra biz əməkdaşlıq, qarşılıqlı hörmət əsasında regionda daha yaxşı və dinc gələcək qurmaq üçün birgə çalışmaq istəyirik”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter hesabında yazıb.

1918-1919-cu ildə Bakıda həlak olan britaniya hərbçilərinin şərəfinə ucaldılan abidəni ziyarətdən fotolar paylaşan diplomat Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanova təşəkkür edib: “Həmkarım Elin Süleymanova münaqişə nəticəsində həlak olanların xatirəsini anım mərasiminə qatıldığına görə təşəkkür edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA