ZAKİR HƏSƏNOVLA AKAR BİR ARADA: nazirlər mətbuat konfransında birgə mesajlar verdi - VİDEO/FOTOLAR
09-11-2021 [10:17]
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.
****
"Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkür edirəm".
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Heydər Əliyev Mərkəzində keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırıb.
Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.
Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
***
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin səlahiyyəti və fəaliyyətinin sərhədləri məlumdur”.
Mia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, mərkəzin müəyyən çərçivədə fəaliyyəti üçün bütün səylər göstərilir: “Burada məqsədimiz atəşkəsin davamlı qorunması və atəşkəsin təmin olunması ilə yanaşı bölgəyə sabitliyin gəlməsdir. Bu istiqamətdə ciddiliyimizi, səmimiyyətimizi, dostluğumuzu ortaya qoyduq və qoyururq. Burada hər hansı bir sui-istifadə halı yoxdur”.
***
“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini Ermənistanın fürsət olaraq dəyərləndirməsini və bu imkandan istifadə etməsini istəyirik”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı altında “Bir Vətən əməliyyatı”nı uğurla həyata keçirib.
Türkiyənin müdafiə naziri deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalı altındakı torpaqlarını azad edib: “İndi yeni bir mübarizə, iqtisadi mübarizə başlayıb. Türkiyə Silahlı Qüvvələri olaraq azərbaycanlı qardaşlarımızla birgə fəaliyyət göstərərək oraya xaincəsinə yerləşdirilən, günahsız insanların həyatını təhdid edən əldəqayırma partlayıcılar və minalar başda olmaqla, hər cür təhdid və təhlükənin aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq”.
***
"Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın birlikdə müzakirə apararaq sabitlik mühitini yaratmasını gözləyirik".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran nazir vurğulayıb ki, dünyada münaqişələrin olduğu, çətinliklərin yaşandığı müxtəlif bölgələr var: "Belə bölgələrdə məsələləri siyasi danışıqlarla həll edənlər daha təhlükəsiz, etibarlı məxrəcə gəliblər. Bunu görmək lazımdır. Ermənistanın bunları anlaması və bu mənada proseslərə sahib çıxması vacibdir. Əgər bunları anlayar, lazım olan addımları atarlarsa həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi irəliləyişə nail olmaq mümkündür.
Təbii ki, Azərbaycanın da buna ehtiyacı var. Məsələ nədir? Zəngəzur dəhlizi. Bu dəhlizin heç kimə zərəri yoxdur. Burada görüləcək iş iki cəmiyyətin bir-biri ilə əlaqə saxlamasıdır. Bunları dəstəkləmək lazımdır. Bunlara mane olmaq olmaz. Bu cür inkişaf rifah yaradar. Bu sadəcə Azərbaycanda qalmaz bütün ətraf ölkələrə də faydalanmaq imkanı yaradar”/Report.
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?