Milli Şuranın sesssiyası keçirildi

img

19-02-2014 [17:56]


Milli Şura Mərkəzi Bankın sədri Elman Rüstəmovun Avstriyada Azərbaycanla bağlı keçirilən məhkəmə prosesinə də münasibət bildiridi. Qurum bununla bağlı Baş Prokurorluğa müraciət etmək qərarı verdi.

C.Həsənli bildirdi: "Biz prokurluqdan tələb edəcəyik ki, necə olur, Xədicə İsmayılovanı bir sənədi sosial şəbəkələrdə paylaşdığına görə cinayət məsuliyyətinə cəlb etdiyiniz halda Elman Rüstəmovun adı miliyonlarla dollar korrupsiya faktında hallanır, amma buna heç bir reaksiya verilmir”.

* * * 17:17

Sessiyada açılış nitqi ilə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli Ukraynada baş verənləri diqqətə çatdırdı.

C.Həsənli Ukraynada baş verənlərin sadəcə olaraq ukraynalıların yox, bütün dünyanın seçimi olduğunu bildirdi. Milli Şura olaraq siyasi məhbusları dəstəklədiklərini deyən Cəmil Həsənli bundan sonra da həbsdə olan Əli İnsanov, Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov və NİDA-çıların məhkəmə proseslərində iştirak edərək dəstəklərini göstərəcəklərini qeyd etdi.

Toplantıda çıxış edən AXCP sədri Əli Kərimli Milli Şuranın sessiyasının ölkə siyasətində önəmli yer tutduğunu bildirdi. Ə.Kərimli Azərbaycanda hökuməti istefaya göndərmək üçün kifayət olan çox ciddi hadisələrin hər gün baş verdiyini bildirdi. O, hakimiyyəti cəmiyyətə saymazyana münasibət göstərməkdə ittiham etdi.

Əli Kərimli çıxışında jurnalist Xədicə İsmayılovanın müdafiəsinə qalxdı. Əli Kərimli X.İsmayılovanın sosial şəbəkələrdə paylaşdığı sənədə görə cinayət məsuliyyətinə cəlb olunduğunu və ona dəstək vermək lazım olduğunu bildirdi. AXCP sədri X.İsmayılovanın paylaşdığı sənədin gerçək olacağı təqdirdə hakimiyyətin istefaya getməli olduğunu, "milli təhlükəsizlik nazirinin bir gün belə bu vəzifədə qalmamalı olduğunu” iddia etdi. AXCP sədri Milli Şuranı X.İsmayılovanı dəstəkləməyə çağırdı.

Əli Kərimli Avstriyada Azərbaycanda korrupsiya faktı ilə bağlı məhkəmənin davam etdiyini diqqətə çatdırdı. Qeyd edək ki, Avstriyadakı məhkəmə prosesinin gedişatı haqda virtualaz.org saytında geniş məlumatlar yer alıb. AXCP sədri ölkədə sosial problemlərdən əziyyət çəkərək özünü yandıran insanların, "Sovetski” sakinlərinin yaşadıqları problemləri dilə gətirərək hakimiyyətin ünvanına sərt ifadələr işlədərək vətəndaşların haqqının tapdandığını bildirdi. Əli Kərimli Milli Şuranın Azərbaycan müxalifəti vəzifəsini üzərinə götürdüyü üçün xalqı sona qədər dəstəkləməli olduğunu və bu missiyanın öhdəsindən gəlmək üçün sona qədər mübarizə aparmalı olduqlarını söylədi.

* * * 16:39

Bu gün Milli Şuranın növbəti sessiyası keçirilir.

Virtualaz.org saytınınhazırda tədbiri izləyən müxbiri xəbər verir ki, sessiya AXCP-nin qərargahında keçirilir. Sessiyada Milli Şuraya yeni üzvlərin qəbul edilməsi, qurumun gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq, ölkədə baş verən sosial-siyasi məsələlər dəyərləndiriləcək. Əlavə məlumat verəcəyik.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA