Prezidentin köməkçisi: "Ermənistan strategiyasını dəyişməli və qonşulara qarşı ərazi iddialarına son qoymalıdır"

img

06-11-2021 [10:14]


"Ermənistan strategiyasını dəyişməlidir. Azərbaycanın əzəli torpaqlarını azad etməsi Cənubi Qafqazda vəziyyəti dəyişib".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.

O vurğulayıb ki, işğal Ermənistanın müstəqilliyinə xələl gətirib: "Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoysa, bu, Ermənistana fayda verəcək. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA