"Azercell" Müştəri Xidmətləri artıq "Instagram"ın şəxsi mesaj bölümündə
04-11-2021 [18:09]
Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir. Abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən "Azercell" artıq Instagram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə "Facebook" platformasında da bu funksiyanı işə salıb.
Statistika sübut edir ki, sosial şəbəkələr "Azercell" müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə "Facebook"da "Azercell" təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. "Instagram"da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - "Twitter"də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3 500-ə yaxındır. "Azercell"in nümayəndələri şirkətin rəsmi "YouTube" kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. "Linkedin" üzərindən isə bu müddət ərzində 126 "Azercell" abunəçisinin sorğusu daxil olub.
"Azercell"in "Facebook", "Instagram", "Twitter", "Linkedin" və "YouTube" rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784 678 istifadəçisi var. Xatırladaq ki, məhz "Azercell" 2012-ci ildə "Twitter" platformasının, 2013-cü ildə "Facebook" sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.
Bu səhfələrdən istifadə edən "Azercell" abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında "Azercell"in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.
"Azercell"də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın!
Facebook: https://www.facebook.com/azercell
Instagram: https://www.instagram.com/azercell/
Twitter: https://twitter.com/Azercell
Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/
YouTube: https://www.youtube.com/c/AzercellYouTube
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell"i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73 % təşkil edir. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq "Qızıl Stevie" mükafatı alan ölkənin yeganə şirkətidir.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell Ekspres" ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell"in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Mia.az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır