Türkiyə MN Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

img

01-11-2021 [14:11]


Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Nazirliyin təbrikini Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara keçirdiyi brifinqdə çatdırıb.

"Bir millət, iki dövlət ” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızı 8 noyabrda qeyd olunacaq Zəfər Günü münasibəti ilə indidən təbrik edirik.

Ədalətli işlərində, bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızla onların yanında olduğumuzu bir daha vurğulayırıq", - nazirlik rəsmisi vurğulayıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA