Lavrovla Çavuşoğlu Romada bir araya gəldi: “3+3” regional mexanizmlə bağlı müzakirə aparılıb

img

30-10-2021 [22:45]


Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinin keçirildiyi Romada danışıqlar aparıblar.

Rusiya Xarici İşlər Nazirliyi xəbər verir ki, danışıqlarda əsas diqqət Balkanlar və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib.

Nazirlər çoxtərəfli formatlardan istifadə etməklə Bosniya nizamlanmasına kömək etmək üçün birgə addımların atılması imkanlarını müzakirə ediblər.

Görüş zamanı Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı faydalı doğuran infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA