18-02-2014 [23:06]
Baş Prokurorluqda ifadə verən Xədicə İsmayılova bu dəqiqələrdə prokrorluq binasını tərk edib.
Virtualaz.orgxəbər verir ki, Baş Prokurorluğa ifadə üçün çağırılan jurnalist X.İsmayılova bir neçə dəqiqə əvvəl prokurorluq binasından buraxılıb.X.İsmayılova sabah saat 11-də yenidən Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsinə çağırılıb.
Jurnalist idarənin qarşısında onu gözləyən həmkarlarına və ictimai fəallara məlumat verib ki, müstəntiqlər ondan facebookda yaydığı "MTN-in əməkdaşlığa cəlb etmə sənədi" haqda suallar veriblər. Soruşublar ki, sənədi hardan əldə edib və hansı məqsədlə yayıb.
* * * 21:30
Araşdırmaçı jurnalist Xədicə İsmayılova vəkili Rəşid Hacılı ilə bu dəqiqələrdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə daxil olub. Jurnalist facebook profilində yaydığı bir sənədin foto-surəti ilə bağlı şahid qismində dindiriləcək. Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib.
"Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi facebook səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”, - Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
"Azadlıq" qəzetinin saytı yazıb ki, hazırda Baş prokurorluğun qarşısında bir qrup ictimai fəal və jurnalist var.
* * * 17:56
Xədicə İsmayılova həbs ehtimalından danışdı
"Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova "Amerikanın Səsi”nə müsahibə verib. O, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılması, facebook-da yayılan sənəd, ona qarşı yönələn fəaliyyətlərdən danışıb.
Virtualaz.orghəmin müsahibəni cüzi ixtisarla təqdim edir:
Sual:Sizin prokurorluğa çağırılmağınızla bağlı məlumatlar yayılıb. Nə qədər realdır?
Cavab:Mənə bir nəfər zəng etmişdi, özünü Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi kimi təqdim etdi. Doğrusu, adını yadda saxlamadım. Dedi ki, cinayət işi açılıb. Soruşdum nə üzrə cinayət içi açılıb. Dedi ki, siz facebook-da sənəd yayıbsınız. Birinci soruşdum ki, cinayət işi fakt üzrə açılıb, yoxsa konkret şəxsə qarşı açılıb? O dedi ki, fakt üzrə açılıb. Bu, Cinayət Məcəlləsinin 284-cü maddəsi, dövlət sirri təşkil edilən sənədin yayılması maddəsi ilə açılıb. Mən də soruşdum ki, belə çıxır ki, siz yayılan şəklin həqiqətən sənəd olduğunu və bunun dövlət sirri olduğunu artıq müəyyənləşdirmisiniz. O dedi ki, gəlin bu barədə söhbət edək. Mən dedim ki, zəhmət olmasa rəsmi çağırış vərəqi göndərin. O da dedi ki, niyə belə aqressivsiniz. Dedim mən aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdur, boş-boş içlərlə məşğulsunuz. Real cinayətləri araşdırmırsınız. Zəhmət olmasa mənə rəsmi şəkildə çağırış vərəqi göndərin və rəsmi şəkildə gəlim. Dedi ki, ünvanınızı verin. Mən dedim ki, sizə 2012-ci ildə barəmdə törədilən cinayətlərlə bağlı istintaq aparılması məqsədi ilə məktub göndərmişəm, ondan sonra onlarla məktub göndərmişəm ki, Bakı Şəhər Prokurorluğunun hərəkətsizliyi araşdırılsın. Onlarla məktub göndərmişəm ki, mənim şantaj olunmağım və şəxsi həyatıma müdaxilə ilə bağlı cinayətin istintaqının nə yerdə olması ilə bağlı məlumat alım. Həmin məktublarda mənim ünvanım göstərilib. Gedin baxın, oradan mənim ünvanımı götürün. Bəlkə bu minvalla mənim şikayətlərimi də oxuyasınız. O dedi ki, biz istəyirdik ki, sizinlə xoşluqla, xoş münasibətlə, hörmətlə bunu həll edək. Siz də belə. Dedim ki, bunun qanunla nəzərdə tutulmuş ən hörmətli yolu budur. Düzü, adam zəng edib, mobil telefonumu bilirlər, amma ünvanımı bilmirlər. Çox maraqlı gəldi mənə. Mənə şəhər nömrəsindən zəng gəlmişdi, mən nə bilim kimdir. Bəlkə telefon xuliqanıdır.
Sual:O sənədi həqiqətən də siz yayıbsınız? Nə məqsədlə yayırdınız?
Cavab:Mən bunu sənəd adlandırmıram və bu ifadədən çəkinirəm. Çünki mən o məlumatın həqiqətən sənəd olub-olmadığını bilmirəm. Bunu mənə 2011-ci ilin sonunda göndəriblər. Göndərən adam əvvəllər Milli Təhlükəsizlik Nazirliyi (MTN) orqanlarında işləyib. Sənədi göndərən adama da dedim ki, sənədin həqiqiliyini yoxlamaq iqtidarında deyiləm və heç kimə də şər atmaq niyyətim yoxdur. Ona görə də bunu yaymadım. İndi də yayanda oradakı bütün adları və detalları qaraladım ki, adama böhtan atılmasın. Çünki orada adam haqqında komromatın olduğu göstərilir. Niyə indi bunu yaydım? Çünki o günü baxdım ANS telekanalında Milli Təhlükəsizlik Nazirliyi, vətənə xidmət, dövlətin kəşfiyyat və əks-kəşfiyyat işləri barədə ciddi danışırdılar. Amma bu sənəd bizim vergi ödəyiciləri kimi büdcəyə ödədiyimiz vəsaitlərin nə qədər qeyri-effektiv xərclənməsinin bariz sübutudur. Əgər bu sənəd həqiqidirsə və MTN bu işlə məşğul olubsa.
Əgər bunun həqiqət olduğu üzə çıxarsa, bu böyük bir biabırçılıq, böyük bir skandaldır. Bu nədir? Yəni Azərbaycan müxalifəti düşmən ölkənin hərbi sənayesidir ki, ora casus yerləşdirilir?! Bu olduqca biabırçı bir haldır. İndi məlum olur ki, həmin sənəd 2011-ci ildə mənə göndərilməmişdən əvvəl facebook-da yayılıbmış. Əslində yeni bir şey deyilmiş. Təəssüf ki, o vaxt ad qaralanmadan, bütün məlumatlar açıq şəkildə yayılıbmış. Bu çox məsuliyyətsiz bir işdir. Çünki adamın bu şəkildə qaralanması heç yaxşı iş deyil. Amma bir halda ki, prokurorluq cinayət işi açır, bu məlumatı sənəd adlandırır, bunu belə ciddi-ciddi dövlət sirri hesab edir, belə çıxır ki, biabırçılıqdır. Ölkə üçün çox böyük biabırçılıqdır ki, əgər bu həqiqidirsə, görün bizim MTN nə ilə məşğul olur. Mən yəni dəhşət içindəyəm, şokdayam.
Sual:Sizi həbs edə bilərlərmi?
Cavab:Əslində bu ehtimallardan biridir. Ehtimal minimum var, ehtimal maksimum var. Ehtimal minimum budur ki, vaxtımızı almaq istəyirlər ki, biz ciddi işlərlə məşğuluq, o işləri bitirməyə, başa çatdırıb üzə çıxarmağa vaxtımız olmasın. İkinci ehtimal da budur ki, ola bilsin ki, həbs etmək istəyirlər ki, uzun müddət başları dinc olsun. Bu da bir ehtimaldır. Bu ölkədə bu ehtimal hər bir şəxs üçün var.
Sual:Son zamanlar ölkənin bir sıra medialarında, rəsmi qurumlarında sizinlə bağlı fəaliyyətlər görünməkdədir. Nə ilə bağlıdır, niyə belə edirlər?
Cavab:Bu bir əmrdir, yuxarıdan gəlir. Mən hətta saytlarda o yazıların tərcümələrinə fikir verdim, eyni ifadələr işlənmişdi. Yəni bu ən azından qəzet redaksiyalarında hazırlanmış tərcümələr deyildi. Qəzet redaktorları bu işin icraçılarıdır. Heç bir halda bu işin təşəbbüskarları deyillər. Hesab edirəm ki, bu, Prezident Administrasiyasından və ya MTN-dən gəlir. Sadəcə qəzetlər, media orqanları bunu icra edirlər. Təəssüf ki, bəzi özünü müxalif adlandıran media orqanları da bu işdə iştirak etdilər. Amma... Bu prosesin bir hissəsidir. Prezidentlə dostluğun bədəli var, o bədəli ödəmək var.
* * * 16:43
Xədicə İsmayılovanın ifadə vermək üçün Prokurorluğa çağırılması ilə bağlı yeni məlumat yayılıb. Modern.az bildirir ki, bu barədə jurnalistin özü məlumat verib:
"Ağır Cİnayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən birinci dərəcəli hüquqşünas Sənan Paşayevin imzası ilə çağırış vərəqəsi gəldi. Saat 16-00 Azadlıq Prospekti 22-də olmağımı istəyirlər. Ardınca müstəntiq zəng eləyib. Dedim ki, indi çatdıra bilmərəm. Vəkillə müqavilə bağlamalıyam, efirə çıxmalıyam. Hətta bütün bu işlər həll olmuş olsaydı belə, fiziki olaraq, gəlib ora çatmağım mümkün deyil. Sabaha vaxt təyin edin, gəlim.
Müstəntiq məni hədələməyə başladı. Vəkillərlə danışdım. Dedilər ki, buna hüquqları yoxdur”.
* * * 16:13
Jurnalist Xədicə İsmayılova bu gün Baş Prokurorluqda ifadə verəcək.
Bu barədə APA-ya X.İsmayılova özü məlumat verib.
X.İsmayılova bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bu gün saat 18.30 gedəcək.
O bildirib ki, idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi Sənan Paşayevin imzası ilə çağırış vərəqəsi alıb.
* * *15:06
Baş Prokurorluq jurnalist Xədicə İsmayılovanın istintaqa cəlb edilməsi barədə xəbərləri təsdiqləyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, xəbər verildiyi kimi. bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

* * * 14:08
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isəAPA-nın sorğusuna cavabında bildirib: "Günün ikinci yarısında məlumatı ya təsdiq edəcəyəm, ya da təkzib”.
* * *13:24
Xədicə İsmayılovaya cinayət işi açılıb.
Virtualaz.orgxəbər verir ki, bu barədə jurnalist öz facebook səhifəsində yazıb.
Jurnalist bildirib ki, bu gün ona Baş Prokurorluqdan zəng edilib: "Baş Prokurorluqdan zəng elədilər. Cinayət işi açıblar”.
Jurnalist ona facebookda paylaşdığı sənədə görə, dövlət sirrini yayma maddəsi (284) ilə cinayət işi açıldığını bildirib.
X.İsmayılova həmçinin Baş Prokurorluğa şahid qismində dəvət aldığını da qeyd edib.
Xatırladaq ki, X.İsmayılova bir neçə gün əvvəl MTN əməkdaşının ona məxfi sənəd göndərdiyini iddia edərək onu öz facebook səhifəsində paylaşmışdı.
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL