DEPUTATLAR MİLLİ MƏCLİSDƏ BAHALAŞMAYA ETİRAZ ETDİ: "Ərzaq məhsulları çox bahalaşıb" - "Qaz və işığın qiymətinin qalxması sosial həyata çox təsir edib”
29-10-2021 [12:33]
“Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına təsir edib”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər artıb: “Açığı, sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq. Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirirəm. Bu həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır”.
Deputat parlamentin bu problemlərlə bağlı addımlar atmalı olduğunu vurğulayıb:
“Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir. Görək "Azəristiliktəchizat" bunun öhdəsindən gəlirmi? Xeyr. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Dövlət qazanxana tikib, iş adamına istiliyi satsın, xaos da aradan qaldırılsın. Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Onlar üçün də mərkəzi qazanxanaların qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin. İkincisi, "Azəristiliktəchizat"ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüb? Üçüncüsü, təklif edirəm ki, parlamentdə "Hökumət saatı" müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə parlamentin rolunun artırılmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmasda olmalıyıq. Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk”.
Deputat Qüdrət Həsənquliyev ölkədə bir sıra ərzaq məhsullarının bahalaşdığını, bunun əhali arasında narahatlıq yarandığını deyib.
Q. Həsənquliyev bildirib ki, regionun bütün dövlətləri Ümumdünya Ticarət Təşkilatının üzvüdür: “Ərzaq qiymətlərinin qalxmasının qarşısını almaq üçün onlar bu təşkilata üzv olur. Bu, başlanğıcda çətinlik yarada bilər, amma sonradan ölkədə kənd təsərrüfatının inkişafına səbəb olacaq. Bizim hökumətin ÜTT ilə danışıqlarının nə yerdə olması qaranlıq olaraq qalır. Parlament də bu məsələni gündəmdə saxlamalıdır. Biz hökumətdən bu təşkilatla danışıqların nə yerdə qalmasını öyrənməliyik”.
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib