XİN: "Cümhuriyyət bayramın mübarək, can Türkiyə!"

img

29-10-2021 [10:22]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.

Mia.az xəbər verir ki, nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb.

"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik", - XİN başçısı bildirib.

***

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə paylaşım edib.

Mia.az xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində yayılan paylaşımda deyilir:

“Respublika Günü münasibəti ilə qardaş Türkiyə hökümətini və Türkiyə xalqını ən xoş arzularımızla təbrik edirik. Cümhuriyyət bayramın mübarək, can Türkiyə!"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA