Ülvi Quliyev, Malik Həsənov, İqbal Məmmədov... - Daha hansı deputatlar biznesmen kimi tanınır? + SİYAHI
28-10-2021 [12:55]
Onların arasında apteklər şəbəkəsi işlədənlər də, bina tikənlər də, mal-qara saxlayanlar da var
Milli Məclisin deputatları biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Azərbaycan Respublikası Konstitusiyanın 85 və 89-cu maddələrində qeyd olunur ki, dövlət orqanlarında vəzifə tutan və ödənişli əsaslarla çalışan, kommersiya və sahibkarlıqla məşğul olan şəxslərin deputat olması qadağandır.
Lakin buna baxmayaraq ki, 1995-ci ildən üzü bu yana fəaliyyət göstərən altı çağırış parlamentin hamısında biznesmen deputatlar təmsil olunub. Düzdür, onlar bu fəaliyyətini rəsmi şəkildə həyata keçirmirlər, hər hansı ailə üzvünün və ya qohumunun adına rəsmiləşdirirlər. Ancaq bu gün də ali qanunverici orqanda faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatların sayı az deyil.
Hokm.az Milli Məclisdə təmsil olunan biznesmen-deputatların kimliyini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki:

Uzun illər deputat Cavanşir Feyziyevin rəhbəri olduğu, hazırda da faktiki olaraq özü tərəfindən idarə olunduğu deyilən “Avromed” QSC ölkənin ən böyük əczaçılıq şirkətlərindən biridir. İddialara görə, paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən əksər apteklər “Avromed”dən məhsul götürürlər. Dərman preparatları və tibbi ləvazimatların topdan satışını həyata keçirən şirkətin böyük dərman deposu fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda ən böyük apteklər şəbəkəsi də “Avromed”ə məxsusdur.
Feyziyevin bununla yanaşı, digər şirkətlərinin olduğuna dair məlumatlar da var. Bu sırada “Krokurs LTD” MMC, “İmeks” MMC, “Amd Trade” MMC, “Buta Farm” MMC, “Docta” MMC və digər şirkətlərin adı çəkilir. İddia olunur ki, ölkəyə idxal olunan və Ukraynada istehsal edilən xarici siqaretlərin Azərbaycana gətirilməsini də deputatın rəhbəri olduğu şirkətlərdən biri həyata keçirir.

Daha bir deputat Malik Həsənovun da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimsəyə sirr deyil. Onun hazırda Prezidentin köməkçisi – Prezident Adminstrasiyası Dövlət Nəzarəti şöbəsinin müdiri işləyən qardaşı Kərəm Həsənovun Əmlak məsələləri Dövlət Komitəsinin sədri olduğu dövrlərdən bizneslə məşğul olduğu iddia olunur. Əsas biznes fəaliyyəti inşaat sektorunda olan M.Həsənov “Azinko Holdinq”in faktiki sahibidir. Şirkət otel, yüksək mərtəbəli yaşayış binaları, qısamüddətli istirahət evləri, biznes mərkəzləri inşası və digər mülki-tikinti işlərinin görülməsi ilə məşğuldur. Eyni zamanda deputatın paytaxtda elektron mağazalar şəbəkəsinin olduğu barədə də informasiyalar var.

Deputat Ülvi Quliyevin də əczaçılıq sektorunda yer aldığı, apteklər şəbəkəsinin olduğu deyilir. İddialara görə, şəbəkənin mərkəzi ofisi Nərimanov rayonu ərazisində, “Nəriman Nərimanov” metrostansiyasının çıxışında yerləşir. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti olan deputat son parlament seçkilərinə qədər Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri idi. Nərimanov rayonunda yerləşən daha bir obyektin – “Qala” restoranının da ona məxsus olduğu bildirilir. Məlumatlara görə, Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi dövrlərdən Ü.Quliyev bu sektorda fəaliyyət göstərir.

Deputat İqbal Məmmədov bir neçə istiqamətdə fəaliyyət göstərən şirkətlərin faktiki sahibidir. Bunlardan ən böyüyü “Relax” istirahət mərkəzi və “Kaspi – Yıldız” şirkətləridir. “Relax” istirahət mərkəzi Lerik rayonunda yerləşir və həm yerli, həm də xarici turistlərin üz tutduğu əsas məkanlardan biridir. Burada qiymətlər fantastik həddədir və yalnız imkanlı adamlar bu Cənub diyarında dincələ bilirlər. “Kaspi – Yıldız” şirkəti isə yanğınsöndürmə balonların, yanğın dəstinin istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini həyata keçirir.

1990-cı ildən deputat statusunu qorumağı bacaran və 31 ildir mandat daşıyan Madər Musayevi el arasında daha çox Hacı Madər olaraq tanıyırlar. Konkret olaraq biznes fəaliyyətini inkar edən və məxfi saxlamağı bacaran deputatın bir çox biznes sahələrində faktiki olaraq təmsil olunduğu deyilir. Bina tikintisi, ərzaq topdansatış obyektləri, supermarketləri, aqrar şirkətləri, fermer təsərrüfatları və s. sahələr bu qəbildəndir. Onun həm də böyük zavod və fabriklərə sahib olduğu da iddia edilir. Son illərə qədər Bakının bir çox yerlərində dükanları olan “Favorit” supermarketlər şəbəkəsinə də onun ortaq olduğu barədə məlumatlar var.

Deputat olana qədər Milli Onkologiya Mərkəzində direktor müavini işləyən və bu gün də həmin vəzifədə çalışan Kəmaləddin Qafarov nə qədər qəribə olsa da, həkim deyil. İxtisasca iqtisadçı olan deputatın paralel olaraq biznes fəaliyyəti ilə də məşğul olduğu bildirilir. İddialara görə, əczaçılıq sektorunda önəmli yer alan “Azərimed” şirkəti, “Zəfəran” apteklər şəbəkəsi, “Zəfəran Hospitalı”, “Versal Palace” şadlıq sarayı, “Kanon” şirkəti deputata məxsusdur. Lakin rəsmi sənədlərdə bu şirkətlərin təsisçiləri digər şəxslərdir. Bundan əlavə“Şafran”, “Avestafarm” şirkətlərinin də K.Qafarova aid olduğu bildirilir. Onun təkcə Azərbaycanda deyil, Gürcüstanda da biznesinin olduğuna dair məlumatlar var.

Milli Məclisin yeni və gənc üzvü Elnur Allahverdiyev deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu gün rəsmi olaraq biznes fəaliyyətindən aralı durduğunu bəyan etsə də, hazırda da onun qeyri-rəsmi bu sektorda yer aldığı söylənilir. O, ölkəmizin ən böyük müğazalar şəbəkələrindən olan və sürətlə böyüyən – “Kontakt Home” dükanlar şəbəkəsinin faktiki sahibidir. Buna qədər isə “Azərcell”in Müşahidə Şurasının sədri, “ABC-Telecom” MMC-nin Baş direktoru olub. Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb.

Tahir Rzayevin adı daha çox Milli Məclisin Aqrar siyasət komitəsinin sədri olaraq çəkilsə də, onun da deputat olduğu Ağcəbədi rayonunda böyük fermer təsərrüfatının olduğu iddia olunur. Məlumatlara görə, deputat bu heyvandarlıq müəssisəsini yaxın adamlardan birinin adına rəsmiləşdirib.
BƏƏ İrandakı səfirliyini qapatdı - Diplomatlar geri çağırıldı
ABŞ prezidenti: "Biz onları tezliklə dənizin dibinə batacaq"
CENTCOM-dan təkzib: "İran təyyarədaşıyan gəmini vurmayıb"
Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu
ABŞ-dan etiraf: "İrana hücumda B-2-dən istifadə olunur"
Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub
Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."
Ərdoğan: "Xameneinin ölümündən kədərləndim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İRANIN YENİ LİDERLƏRİ GÖRÜŞMƏK İSTƏYİR" - Tramp neftin qiymətindən danışdı, "Tehranı vurmasaydıq, iki həftəyə nüvəyə sahib olacaqdılar" deyir
NATO-dan İrana hücumla bağlı - AÇIQLAMA
Tehran yenə vurulub: "Qabqalayıcı tədbirlər davam edir"
Ramazanın 12-ci gününün duası: imsak və iftar vaxtı
İran rejimi məğlub oldu... - Şahin Cəfərlidən TƏHLİL
İranda "qisas bayrağı" qaldırılıb
"Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi" - İlham Əliyev İran Prezidentinə başsağlığı verdi
Azərbaycan vətəndaşları İrandan təxliyə olunur (Yenilənib)
Trampın İranın dini liderinin yerinə namizədi var: "Hələlik çox şey demək istəmirəm" - "İndi orada əvvəlki gündən hər şey daha asandır"
İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə
Sabah hava necə olacaq? - Proqnoz
SEPAH-ın öldürülən komandanı... - Yerinə təyinat olub
MEDİA jurnalistlərə müraciət edib
İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq