ABŞ səfirliyindən casus siyahısı ilə bağlı - Bəyanat

img

18-02-2014 [14:33]


"ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır".

"Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin yerli mediada yayılan iddialara dair verdiyi bəyanatında deyilir:

"ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır. Keçən həftə xəbər verdiyimiz kimi, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Konqres işçiləri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər”.

Xatırladaq ki, Virtualaz.org saytı Amerika Senatının nümayəndələrinin yanvarda Bakıya səfəri zamanı jurnalist Xədicə İsmayılın onlara Azərbaycan hökuməti ilə gizli əlaqələri olan müxalifət və media nümayəndələrinin siyahısı tərtib etməsi ilə bağlı xəbər dərc etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA