VHP üzvləri Gəncə terrorunda şəhid olanları yad etdi - FOTOLAR
17-10-2021 [21:45]
17 oktyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə növbəti dəfə terror hadisəsi törədilib. Düşmənin mülki əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 dinc sakindən isə 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır.
Mia.az xəbər verir ki, bu gün baş verən olayın ildönümündə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər təşkilatının üzvləri raket düşən ərazidə olublar, həlak olanların xatirəsini anıblar.
VHP Gəncə şəhər təşkilatının sədri Füzuli Həsənov tədbirdə çıxış edərək bildirib ki, İkinci Qarabağ savaşı zamanı ermənilər dinc əhalinin yaşadıqları əraziləri hədəf alıblar: "Gəncə, Bərdə, Tərtər, Goranboy, Mingəçevir və bir çox yerlərdə mülki insanların yaşadıqları əraziləri raket atəşinə tutublar".
Füzuli Həsənov qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması düşmənin bütün humanitar və beynəlxalq normaları pozması idi: "Cəbhə xəttindən xeyli kənarda olan Gəncə şəhərinə ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktyabrın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Bu teraktlar onu göstərdi ki, erməni separatçıları hər zaman mülki əhalini hədəf alıb, terror aktı törədib. Bununla təşviş, qorxu yaratmaq istədilər, isdədikləri alınmadı. Burada da yalnız bir məqsəd – mülki insanları öldürmək, mülki insanlar arasında maksimum dərəcədə tələfata nail olmaq idi. Avropa məkanına baxsaq, İkinci Dünya Müharibəsindən sonra mülki insanlara qarşı ballistik raketlərdən istifadə edilməyib. İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası Britaniya şəhərlərinə ballistik raketlər atıblar. Hərbi əməliyyatların gedişində Ermənistan bu yola da əl atdı.
Ordumuz 44 gün ərzində böyük qəhramanlıq göstərdilər, mənfur düşmənə layiqli cavab və dərs verildi”.
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
AAYDA-da dəyişiklik - SƏDRİN İKİ MÜAVİNİ VƏZİFƏDƏN ÇIXARILDI
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda