Allahşükür Paşazadə Patriarx Kirilllə görüşüb - Moskvada

img

12-10-2021 [19:39]


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.

Görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.

Xatırladaq ki, sabah Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

***

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

Görüş mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA