Deputat: “O insanları yada salmalı, xatırlamalıyıq”
11-10-2021 [15:37]
“Müstəqilliyimizin bərpasının 30-cu ilində Prezidentin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi düzgündür. Ona görə ki, respublika sözü əslində dövlət hakimiyyətinin təşkili formasını müəyyənləşdirir. Hörmətli Səfa müəllim (Səfa Mirzəyev) burada əyləşib, bəlkə də, onun qarşısında bu barədə danışmaq doğru olmaz. Ona görə ki, o, bizə dövlət və hüquq nəzəriyyəsindən mühazirə oxuyub... Əslində dövlət quruluşuna görə, dövlətlər unitar, federativ, konfederativ olur. Dövlət hakimiyyətinin təşkilinə görə isə monarxiya və respublika”.
Mia.az xəbər verir ki, bunu Bütöv Azərbayca Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Müstəqillik Günü” O haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, əslində müstəqilliyimiz 1918-ci il mayın 28-də elan ediləndə Milli Şura tərəfindən qəbul olunmuş həmin sənəd İstiqlal Bəyannaməsi adlanırdı: “Bu da onu göstərir ki, həmin gün bizim istiqlaliyyətimiz elan olunub. O vaxta qədər artıq Azərbaycanın da daxil olduğu Rusiya imperiyası çar hakimiyyətinə son qoymuşdu və mütləqiyyətdən imtina edilmişdi. O vaxta qədər artıq Rusiya imperiyasında iki inqilab baş vermişdi. Fevral burjua inqilabı və oktyabr sosialist inqilabı. 1917-ci il martın 15-də artıq çar II Nikolay hakimiyyətdən imtina etmişdi və Sibirə göndərilmişdi. Ona görə də biz 1918-ci ilin 28 mayında dövlət hakimiyyətinin formasını dəyişmirdik, müstəqilliyimizi elan etmişdik. Bu baxımdan da həmin gün Respublika Günü kimi deyil, Müstəqillik Günü kimi qeyd olunmalıdır”.
Millət vəkili “bundan başqa biz, niyə 1991-ci ilin 18 oktyabrını dövlət müstəqilliyinin bərpası günü kimi qeyd eləməliyik?”- deyə əlavə edib: “Ona görə ki, 1920-ci il aprelin 27-də Azərbaycan Milli Şurası - yəni Azərbaycan hökuməti hakimiyyəti Rusiyanın XI qızıl ordusunun təzyiqi ilə Azərbaycan kommunistlərinə təhvil verəndə 7 bənddən ibarət bir qərar qəbul eləmişdi. Həmin qərarın birinci bəndi ondan ibarət idi ki, Azərbaycandakı hakimiyyətin təhvil verildiyi kommunist partiyası Azərbaycanın tam müstəqilliyini mühafizə edib saxlayacaq. Əslində Rusiya Federasiyası (RSFSR) burada bir proksi dövlət yaratdı.
Formal hüquqi baxımdan o Azərbaycanın işğalı günü idi. Amma Azərbaycan dövləti öz müstəqilliyini qoruyub saxladı. Yəni Azərbaycan Respublikası Zaqafqaziya Federasiyanın tərkibində, əvvəlcə 1922-ci ilin 30 dekabrında İttifaq Dövlətinin yaradılması müqaviləsinin təsisçilərindən biri kimi SSRİ-nin yaradılmasında iştirak etdi.
Sonrakı 1936 və 77-ci il konstitusiyalarında müstəqil respublika kimi həmin ittifaq dövlətinə daxil oldu. 1991-ci ildə biz faktiki olaraq SSRİ-nin tərkibindən çıxdıq. Yəni respublikaların müstəqilliyi real məzmun kəsb eləmirdi. Amma onlar formal-hüquqi baxımdan müstəqil respublikalar idilər. Biz SSRİ tərkibindən çıxmaqla öz müstəqilliyimizi bərpa etdik. Əslində müstəqilliyimiz SSRİ-yə daxil olmaqla məhdudlaşdırılmışdı, real məzmun kəsb eləmirdi. Bu səbəbdən 1918-ci ilin 28 Mayının Müstəqillik Günü kimi elan olunması son dərəcə əhəmiyyətlidir. Ona görə ki, həmin vaxt biz, müstəqil dövlət olduq. Əlbəttə “İstiqlal bəyannaməsi”nin ikinci hissəsində qeyd olunurdu ki, Azərbaycanda respublika üsul-idarəsi tətbiq olunur. Amma bu ikinci dərəcəli məsələ idi. Əsas dövlətin müstəqilliyinin əldə olunması idi.
Biz tarixə nəzər yetirək: Məsələn, 1789-cu ilin 14 iyulunda Fransada xalq Bastiliyanı aldı, kral ordusunu məğlub etdi. Həmin günü fransızlar faktiki Fransa Respublikasının yaranışı günü kimi qeyd edirlər. Amma ona qədər Fransada bir mütləqiyyət- kral var idi, monarxiya hakimiyyəti hökm sürürdü. Bizdə isə qeyd etdiyim kimi, dövlətimiz yox idi ki, biz həm hakimiyyəti devirib, həmin günü respublika elan edək və buna görə də bu, respublika günü kimi qeyd olunsun. Əlbəttə, biz hər zaman dövlət müstəqilliyindən danışarkən o günü bizə bəxş etmiş insanlar haqqında danışmalı, onları xatırlamalıyıq. Eyni zamanda müstəqilliyimizin bərpa olunmasına səs vermiş insanlarımızı hörmətlə xatırlamalı, yad eləməliyik. Amma bir daha söyləyirəm ki, Azərbaycan Respublikası bir dövlət olaraq 1918-ci il mayın 28-də elan olunub, bu müstəqillik günüdür. 1991-ci il 18 oktyabr isə müstəqilliyimizin bərpa olunması günüdür. Biz, o dövrləri xatırlayanda əlbəttə qeyd edəcəyik ki, respublikayıq. Amma bir daha söyləyirəm ki, önəmli olan müstəqillyin bərpa olunması idi ki, həmin gün Azərbaycanda Azərbaycan Dövlət Müstəqilliyi bərpa olunub. Ona görə də mən hesab edirəm ki, hər iki məsələ Cənab Prezident tərəfindən çox düzgün qoyulub. Biz də bu qərara səs verməliyik. Bununla bağlı sosial şəbəkələrdə müəyyən manipulyasiyalar olur. O şəxslərə də üzümü tutub deyirəm ki, buna əsla yer yoxdur. Əslində müstəqilliyin elan olunması tarixi baxımdan daha əhəmiyyətli, daha mühümdür və daha möhtəşəm bir gündür”.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun