Gürcüstanda daha 25 nəfər koronavirusdan  ölüb

img

10-10-2021 [11:00]


Gürcüstanda ötən sutkada koronavirusa 2 490 yeni yoluxma faktı qeydə alınıb, 2 056 nəfər müalicə olunaraq sağalıb, 25 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 634 053 nəfər yoluxub. Onların 600 524-ü sağalıb, 9 246-sı dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 24 257 nəfər təşkil edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR