Batumidə binanın çökməsi nəticəsində ana və iki azyaşlı uşağı ölüb

img

09-10-2021 [12:18]


Batumidə binanın çökməsi nəticəsində ölənlərin 3-ü bir ailənin üzvüdür.

Onlar ana və onun 2 azyaşlı övladıdır.

Dağıntılar altından ötən gecə çıxarılan 35 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Çox ağır xəsarətlər alan qadının ürəyi 5 dəfə dayanıb. Onun azyaşlı qızı və oğlunun meyitləri bu gün səhər saatlarında dağıntılar arasında aşkarlanıb.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 6 nəfər ölüb. Üç nəfərin axtarışları davam etdirilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR