Söyün Sadıqov kimə "fahişə" dedi?

img

14-02-2014 [12:12]



"Mənə hörmət edən və mənim üçün narahat olan hər kəsə demək istəyirəm ki, hər şey yaxşıdır və Azərbaycan KİV-lərindəki axmaqlara fikir verməyin. Onlar mənim siyasi həyatımı qurbağa kimi boğmaq istəyirlər”. 

Modern.az saytı xəbər verir ki, bu sözləri "AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov qəzəblə vurğulayıb. Daha sonra o, özünə dəstək olmuş Azərbaycan jurnalistləri və Azərbaycandakı dostlarına minnətdarlığını ifadə edib.

Lakin Söyün Sadıqovun sonrakı ifadələri təhqiramiz, vulqar sözlərlə doludur. O, nəzərdə tutduğu KİV nümayəndələrini "qorxaq”, "alçaq”, "fahişə” adlandırıb.

Lakin S.Sadıqov konkret hansı jurnalistləri nəzərdə tutduğunu və niyə belə qəzəblə danışdığının səbəbini açıqlamayıb. br

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA