Əlcəzair prezidenti: “Səfirimiz Makronun məsuliyyətsiz açıqlaması ilə əlaqədar geri çağırılıb”

img

03-10-2021 [10:45]


Əlcəzairin dövlət başçısı Əbdülməcid Tebbun bildirib ki, Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz bəyanatlarından sonra ölkəsinin Parisdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə prezidentin mətbuat xidmətinin rəsmi saytında qeyd edilib.

"Səfiri Parisdən geri çağırmaq qərarı Fransa prezidenti tərəfindən məsuliyyətsiz bəyanatlarla əlaqədar qəbul edilib", - xəbərdə deyilir.

“Le Monde” qəzetinin məlumatına görə, Fransa prezidenti Əlcəzairin tarixinin tamamilə yenidən yazıldığını iddia edib.

Tebbun vurğulayıb ki, Əlcəzair onun daxili işlərinə istənilən müdaxilənin qəti əleyhinədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR