Xarici pasportu olmayan Aİ vətəndaşları Böyük Britaniyaya buraxılmayacaq

img

01-10-2021 [11:14]


Xarici pasportu olmayan Avropa İttifaqı (Aİ) vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə Böyük Britaniyaya gedə bilməyəcəklər.

Aİ, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarını üçüncü ölkə vətəndaşları ilə bərabərləşdirən bu qərar oktyabrın 1-də qüvvəyə minib.

Bu barədə qərar hələ ötən ilin oktyabr ayında qəbul edilmişdi. Məqsəd saxta şəxsiyyət vəsiqələri ilə mübarizə aparmaqdır. Böyük Britaniya DİN-nin məlumatına görə, məhz Avropa ölkələrinin şəxsiyyət vəsiqələri sərhəddə ən çox müsadirə edilən vəsiqələrdir.

Yeni qaydalar tam və ya qismən yaşayış izni almaq üçün bu il iyunun 30-dək müraciət etmiş Aİ, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarına şamil edilmir. Onlar 2025-ci il dekabrın 31-dək ölkələrinin şəxsiyyət vəsiqələri ilə ölkəyə daxil olacaqlar./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR