Tbilisidə mer seçkilərinin ikinci mərhələsi gözlənilir

img

03-10-2021 [10:22]


Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mer vəzifəsinə seçkilərin ikinci mərhələsinin təyin olunacağı gözlənilir.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Paytaxtdakı seçki məntəqələrinin 320-də bülletenlər (41,61 %) artıq hesablanıb. Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,5 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 34,13 %, “Gürcüstan naminə” partiyasından namizəd Giorgi Qaxariya isə 8,97 % səs toplayıb.

Qeyd edək ki, Tbilisi meri postu uğrunda ümumilikdə 16 namizəd mübarizə aparıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR