Gürcüstanda daha 2 185 nəfər COVID-19-a yoluxub, 40 nəfər ölüb

img

28-09-2021 [10:46]


Gürcüstanda ötən sutkada koronavirusa 2 185 yeni yoluxma təsdiqlənib, 2 010 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 609 340 nəfərdə aşkarlanıb. Onların 580 891-i sağalıb, 8 884-ü dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 19 539 nəfər təşkil edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR