Rusiya XİN: "Üçtərəfli razılaşmaların yerinə yetirilməsini əsas götürürük"

img

30-09-2021 [18:45]


"Rusiya mövcud üçtərəfli razılaşmalardan irəli gələn vəzifələri yerinə yetirməyi əsas götürür".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib.

O, İkinci Qarabağ müharibəsinin ildönümünə dair suala cavab verərkən qeyd edib: “Münaqişədə həlak olanların yaxınlarının kədərinə tam olaraq şərik çıxırıq. Bu cür faciələrin gələcəkdə bir daha baş verməməsi üçün Azərbaycan, Rusiya, Ermənistan liderlərinin ötən il 10 noyabr və cari ilin 11 yanvar tarixli bəyanatlarının etibarlı zəmanət yaratmasına tam olaraq inanırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA