Putin Ərdoğana təşəkkür edib

img

29-09-2021 [15:50]


Rusiya Prezidenti Vladimir Putin ölkəsinə səfər etdiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Rusiya lideri bildirib ki, pandemiya səbəbindən 1,5 il görüşməyiblər, bununla belə, daima təmas saxlayıblar: “Sağ olun ki, dəvəti qəbul edib Rusiyaya gəldiniz. Epidemiya ilyarım bizim şəxsən görüşməyimizə imkan vermədi. Ancaq bu müddət ərzində biz daima təmasda olmuşuq”.

Qeyd edək ki, Vladimir Putin sentyabrın 14-dən koronavirusa görə özünütəcrid rejimində olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA