13-02-2014 [15:49]
Son vaxtlar Azərbaycanda dini radikalizm meylləri güclənib. Hətta demək olar ki, proses təhlükəli istiqa-mət almaqdadır. Xüsusən də Suriyada döyüşən azərbaycanlı gənclərin ora göndərilməsi, ard-arda ölüm xəbərlərinin gəlməsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının bununla bağlı fətva verməsi məsələnin ciddiliyindən xəbər verir. Tövbə Cəmiyyətinin sədri, keçmiş millət vəkili Hacı Əbdül Əbdüləliyev isə "Reytinq"ə müsahibəsində vəziyyətin kritik olduğunu deyib.
- Hacı, son günlər ölkədə dini zəmində baş verən hadisələr narahatedici səviyyəyə çatıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bismillahir Rəhmanir Rəhim!
Mən, bu təhlükəni on beş il bundan əvvəl görüb xəbərdarlıq eləmişdim. O vaxt demişdim ki, vəhhabilə-rin qabağını indidən almaq lazımdır, çünki bunlar millət üçün, dövlət üçün təhlükədir. Amma mənim sözümə qulaq asmadılar. Bu qədər müddət keçdi, onlar özlərinə yer elədilər və vəziyyət təhlükəli həddə çatdı. Onlar hazırda həm xaricdən, həm də daxildən dəstkələnirlər, maliyyələşdirilirlər. Hətta din pərdə-si altında başqa oyunlar da oynayırlar. Belələri Allaha yox, şeytana qulluq edənlərdir. Ən təhlükəlisi də odur ki, bunlar Azərbaycan dövlətinə, millətinə düşmənçilik edirlər.
- Sizcə, əsas məqsədləri nədən ibarətdir? Qeyd etdiyiniz təhlükə konkret nə ilə bağlıdır?
- Bunların əsas məqsədi Azərbaycanda dövləti zəiflətməkdir. Əgər mən deyəndə sözümə qulaq assay-dılar, vəhhabilər ölkəmizdə bu qədər yayılmazdı. İndi isə təhlükəli bir vəziyyətdir. Yəni, vəhhabilər Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyir. Özü də tək burda yox. Yəni, Azərbaycanda da, vəhhabi-lərin aktiv olduğu digər ölkələrdə də əsas məqsədləri hakimiyyəti ələ keçirməkdir. Onlar xarici və daxili qüvvələrin dəstəyi nəticəsində daha da güclənirlər.
- Xarici qüvvələr deyərkən hansı dövləti nəzərdə tutursunuz?
- Azərbaycanda bu cür radikal dini qruplaşmaların xaricdəki dəstəkçiləri Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyindədir. Vəhhabi təriqətinin formalaşdığı ilk yer Səudiyyə Ərəbistanıdır və hazırda ordan idarə olunurlar.
- Deyilənə görə, vəhhabilik İslamın təməl prinsiplərinin sarsıdılması üçün yaradılan bir təriqətdir. Sizcə, müsəlman ölkələrindən belə bir təriqətin fəaliyyətinə dəstəyin verilməsi nəyə xidmət edir?
- Onların əsas məqsədi İslamı parçalamaq, gözdən salmaq, onu insanlara başqa cür göstərməkdir. Hər kəs İslamı dərindən bilmir və bu cür təriqətləri, onların nümayəndələrini görəndə elə bilirlər ki, İslam budur. Bu kimi təriqətlərin yaradılması, fəaliyyət göstərməsinin əsas məqsədi də İslamı məhv etməkdir. Vəhhabizmin mahiyyəti ondan ibarətdir ki, İslamı dünyaya vəhşi, dağıdıcı din kimi təqdim eləsinlər. Nə olsun ki, vəhhabiliyin dəstəkçiləri ərəb ölkələrindədir? Əgər bu gün bu təriqət ordan idarə olunursa, deməli, ordakı bəzi qüvvələr İslamın məhvinə çalışır.
- Deyirsiniz ki, vəhhabilik və digər radikal dini təriqətlərə xarici qüvvələrlə yanaşı, daxildən də dəstək verənlər var. Daxildəki qüvvələr kimlərdir?
- Daxildə əsasən insan amili rol oynayır. Yəni, daxildəki qüvvələr bu təriqətlərin daha da genişlənməsi üçün adamların cəlb olunmasını həyata keçirirlər. Həmin qüvvələr də xaricdən maliyyələşirlər. Əgər kənardakı dəstəkçilər maliyyə və digər məsələləri həll edirlərsə, daxildəkilər insanların cəlb olunması və müəyyən planların həyata keçirilməsini icra edirlər.
- Son dövrlər müxtəlif dini təriqətlərin sayı artır. Sizcə, bu cür təşkilatların fəaliyyətinin genişlənməsinə münbit şərait yaradan amil nədir?
- And olsun Allaha, mən, ilk dəfə bunları Orta Asiyada görəndə dedim ki, əgər bunlar Azərbaycanda olsalar, hər şeyi məhv edərlər. Sən demə, onların hər hansı bir ölkəyə gəlmə mexanizmi var imiş.
Bunların Dağıstanda bir rəhbəri var idi. Deyirdi ki, biz o yerdə güclüyük ki, orda dövlət zəifdir. Bax, əsas məqam da bu idi. Onlar gözlədilər və bizim zəif vaxtımızdan istifadə edərək Azərbaycana qədəm qoydular. İndi isə açıq fəaliyyətə başlayıblar.
- Hətta vəziyyət o həddə çatıb ki, "Meşə qardaşları", "Ceyşullah" kimi qruplar həkimiyyəti təhdid edir, hədələyici bəyanatlar səsləndirirlər. Bu barədə nə deyə bilərsiniz?
- Bayaq qeyd etdiyim kimi, bunların məqsədi hakimiyyətə gəlməkdir. Hətta hədəflərinin hakimiyyət olduğunu gizlətmirlər. Nə bilim, meşə çaqqalları, meşə şirləri, ceyşullah, meyşullah - bunların hamısı eyni şeydir. Adları fərqli ola bilər, amma məqsədləri də, hədəfləri də eynidir. Müxtəlif adlarda qrupların yaradılması xalqı çaşdırmaq məqsədi dayışır.
- Necə düşünürsünüz, bu prosesin baş verməsi QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin zəifliyindən irəli gəlmir ki?
- Sözsüz ki, bu amilin də rolu var. Amma bu, tamamilə başqa bir mövzudur. Özü də çox böyük bir mövzudur, bunu bir neçə cümlə ilə izah eləmək mümkün deyil.
Onu deyə bilərəm ki, bu cür halların qarşısını almağın bir yolu var. O yol da bunların maliyyə qaynaqlarını müəyyənləşdirib, ordan gələn kanalı bağlamaqdır. Əgər həm xaricdən, həm də daxildən bunların maliy-yəsi kəsilsə və üzərlərində nəzarət güclənsə, bir təşkilat kimi məhv olarlar.
- Ancaq bəzi hallarda müəyyən adamları maliyyəsiz də təsir altına salıb öz tərəflərinə çəkirlər. Bu isə dini savadsızlıqdan, maarifləndirmənin zəif olmasından irəli gəlir...
- Bu sahədə vəziyyət çox acınacaqlıdır. Hələ 10-15 il bundan qabaq deyirdim, qəzet buraxın, İslamı in-sanlara başa salın ki, xalq onun dəyərlərinin nədən ibarət olduğunu anlasın. Eləmədilər və vəziyyət təhlükəli həddə çatdı.
Mənim təklifim o idi ki, televiziyada heç olmasa, həftədə bir dəfə yarım saat İslamın təbliği ilə bağlı veriliş hazırlansın. Ancaq bu gün televiziyalara baxırsan, hər gün şou proqramlardır, əxlaqsızları reklam edirlər. Bunun özü böyük bir siyasətdir. Bu siyasətin başında isə dövlətin, millətin düşmənləri dayanır. Yadı-nızda saxlayın, bu cür siyasət özbaşına aparılmır, onun istiqamət verənləri, dəstəkçiləri olur. Mənim imkanım olsaydı, onların kökünü kəsərdim. Ancaq ixtiyar sahibi mən deyiləm.
- Son proseslərdə QMİ sədrini də ittiham edənlər oldu. Necə düşünürsünüz, hazırkı vəziyyətin yaranmasına görə Hacı Allahşükür Paşazadəni də qınamaq olarmı?
- Vəziyyətin bu həddə çatmasında səlahiyyəti olanların hamısı təqsirkardır. Burada şeyxin də məsuliy-yəti böyükdür. Ancaq vəziyyətin bu həddə gəlməsində təkcə şeyxi günahlandırmaq olmaz. Burada əsas məsuliyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Eyni zamanda, dini zəmində baş verə biləcək proseslərə nəzarət etməli orqanların da təqsiri böyükdür.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri dəyişdi. Belə çıxır ki, rəhbər dəyişikliyi də qurumun fəaliyyətində irəliləyişə səbəb olmayıb?
- Dini Komitə rəhbərinin dəyişməsinin heç bir əhəmiyyəti olmayıb. Dini Komitənin rəhbəri elə adam ol-malıdır ki, birinci növbədə özü dini bilməli, sevməli, öz dininə xidmət eləməlidir. Dindən xəbəri olmayan, ateistin birini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri qoyanda, təbii ki, bu cür problemlər yaranmalıydı.
- Hacı, Azərbaycanda bütün strukturlarda rəhbər şəxslər gec-gec də olsa, dəyişir, yalnız QMİ sədrindən başqa. Bəlkə problemin kökündə dayanan məsələlərdən biri də budur?
- Su bir qabda çox qalanda iylənir. Əgər atalar məsəlini əsas götürsək, onda Azərbaycan başdan-ayağa iy verir. Çünki Azərbaycanda eyni kürsüdə illərlə oturanların sayı-hesabı yoxdur. Ona görə də şeyxin dəyişməsi məsələni həll eləməyəcək. O dəyişsə də, o biriləri yerində qalacaq.
- Söhbətimizin istiqamətini dəyişmək istəyirəm. Bir müddət öncə bir hərəkat yaratdınız, prezident seç-kiləri başa çatandan sonra fəaliyyətiniz görünmədi. Bu passivlik nə ilə bağlıdır?
- Biz Vətən Ќaminə Xalq Hərəkatı yaratmışdıq. Məqsədimiz də prezident seçkilərində Mehriban xanım Əliyevanın namizədliyini vermək idi. Biz hesab edirdik ki, bu gün ölkədə baş verən gərginliklərin qarşısı-nı ala biləcək şəxs Mehriban Əliyevadır. Ona görə ki, onun heç kimin qarşısında borcu yoxdur. Prezi-dent olanda da, vətən naminə, millət naminə əlindən gələni edəcəkdi. Ќə daxili, nə xarici qüvvələr ona bir söz deyə bilməyəcəkdi. Təəssüflər osun ki, xalq bunu başa düşmədi. Ancaq ümidvarıq ki, Mehriban xanımın təsiri böyük olacaq və cəmiyyət növbəti seçkilərdə onun namizədliyi üzərində dayanacaq.
- Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?
- Bəli. Vətən Ќaminə Xalq Hərəkatı olaraq seçkiyə qatılacağıq. Hələlik konkret qərar verilməsə də, niyyətimiz var ki, seçkidə iştirak edək. Bir Allah şahiddir ki, o dövrdən bu günə qədər seçkilərdə bizə nə qədər haqsızlıq ediblər. Ümid edirəm ki, bu seçkilərdə bütün maneələri aşaraq, qalib gələcəyik.
- Müxalifətdən hansısa təşkilatla əməkdaşlıq edəcəksiniz?
- Müxalifət deyəndə, kimi nəzərdə tutursunuz? Məgər Azərbaycanda müxalifət var? İsa Qəmbər, Əli Kərimli və onların ətrafındakıları deyirsinizsə, onlar müxalifətçi deyillər. Onlar, sadəcə olaraq, müxalifət libasında iqtidarın başqa üzüdür. Azərbaycan müxalifəti mənəm və mənə dəstək verən sadə insanlardır.
- Ayaz Mütəllibovla münasibətləriniz nə yerdədir, hazırda hər hansı əlaqəniz varmı?
- Xeyli müddətdir ki, əlaqəmiz yoxdur. Ќə mən buna cəhd eləmişəm, nə də o maraq göstərib. Ona görə də münasibətlərimiz demək olar ki, bitib.
- Siyasi fəaliyyətinizi aktivləşdirmisiz, bəlkə, Mütəllibovdan dəstək istəyəsiniz?
- Mənim Ayaz Mütəllibovun dəstəyinə ehtiyacım yoxdur. Nə lazımdırsa, özüm edəcəyəm. Öz gücüm siyasi aləmdə yer tutmağa, seçkidə qələbə qazanmağa yetər. Tövbə Cəmiyyətinin üzvləri o dövrdən bu günə qədər mənə kifayət edib. Bundan sonra da kifayət edəcək.
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL