"...BU, DƏHŞƏTDİR, BİABIRÇILIQDIR" - İcra başçısından DTX-nin həbslərinə maraqlı reaksiya + VİDEO

img

24-09-2021 [17:17]


Göyçayın icra başçısı Mehdi Səlimzadə həbs olunan icra başçıları barədə maraqlı açıqlamalar verib.

Mia.az xəbər verir ki, o, bu barədə Kanal13-ə danışıb.

İcra başçısı bildirib ki, DTX-nin icra başçıları barədə yoxlama aparması məqsəduyğundur: "Nöqsan varsa, yoxlanılmalıdır. Əgər icra başçısı yardımları bölürsə, kartları cibində saxlayırsa, yoxlanılmalıdır".

Başçı daha sonra həbs olunan keçmiş həmkarlarından söz açıb: "İcra başçısı deyirsə ki, 200-ü belə elə, 500-ü elə, bu, dəhşətdir, biabırçılıqdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA