Ramiz Mehdiyev yenə yazdı

img

13-02-2014 [10:36]


Azərbaycan Respublikasının Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev öz facebook hesabında yeni status paylaşıb. PA rəhbəri bu dəfə gənclərə xitab edib: 

"Müasir dünyada çox sürətli dəyişikliklər baş verir. Qlobal siyasət mübarizə səhnəsinə çevrilir. Belə bir şəraitdə milli maraqların qorunması hər bir azərbaycanlı gəncin həyat amalı olmalıdır. Bu baxımdan Azərbaycan gəncləri daim bilik və bacarıqlarını yüksəltməlidirlər. Vətənə, dövlətçiliyə bağlı, cəmiyyətə fayda verən, müasir dünyagörüşlü gənc peşəkarlar hər bir sahədə müstəqil dövlətimizin intellektual elitasını formalaşdırmalı, onun avanqardına çevrilməlidir. Son 5 ildə dövlət qulluğuna qəbul edilən şəxslərin 81%-ni gənclərin təşkil etməsi cənab Prezident İlham Əliyevin "gəncləşmə prosesi davam edəcək” sözlərinin bariz nümunəsidir. Onlar bacarığı, intellekti, elmi və əzmkarlığı ilə müstəqil dövlətimizin daha da güclənməsinə öz töhfələrini verirlər. Gənclərimizə böyük ümidlərlə baxır, dolğun və maraqlı həyat yolu müəyyənləşdirməkdə uğurlar arzulayıram!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA