Xədicə İsmayıldan Eynulla Fətullayevə cavab: “Di alın cavabınızı, debil yığını”

img

13-02-2014 [10:24]


Jurnalist Xədicə İsmayıl Eynulla Fətullayevin ittiham dolu yazısına sərt cavab verib.

Mia..az X.İsmayılın "Facebook"dakı cavabını olduğu kimi təqdim edir:

"O yazını yazan da debildir, yayan da debildir, məndən ciddi-ciddi açıqlama tələb edən də. Mən də bunlara ciddi cavab verib debillərin sırasına qoşulmaq istəmirəm. Ən ciddi cavabım bu ola bilər ancaq: 


Bir iki həftə bundan əvvəl ABŞ senatının iki işçisi ilə oturmuşduq restoranda. Ceyhun Osmanlı da orda idi. Bizimlə yox, başqa masanın arxasında. Görünür, sual yaranıb ki, nə danışıram mən orda? Gediblər falçıya. Falçı da bir pasyans atıb, kofeyə baxıb, büllur şardan soruşub, onlar bir söz deməyiblər. Biz masonuq axı. Bütün bu qüvvələr bizə işləyir. Sonra antimason ruhlar giriblər Eynulla Fətullayevin cisminə, onun əli ilə məqalə yazıblar. ABŞ kəşfiyyatına verdiyim bütün sirləri faş ediblər.

İfşa olunmamız ümumafrika işimizə böyük zərbə vurub. Belə ki, Zulu xalqının Mtetva imperiyasının bərpası ilə bağlı ABŞ-a ötürdüyümüz planlar da ifşa edilib.

Planlarımızla tanış olandan sonra superagent mənə dedi ki, dünya düzələcək. Mən dərhal anlamadım. Ondan sonra da zəlzələ oldu. İndi fikirləşirəm ki, deyəsən, şifrəni düz anlamamışam. O, dünyanın daha yumru olmayacağını, dağılaraq, düz müstəviyə çevriləcəyini nəzərdə tutubmuş. Hərdən şifrələrimi yeniləməyə ehtiyac var.

Di alın cavabınızı, debil yığını.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA