Həmyerlimiz Səyyad Əliyev yenidən Leninqrad vilayət məclisinin deputatı seçilib

img

21-09-2021 [23:23]


Həmyerlimiz Səyyad Əliyev yenidən Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı seçilib.

Mia.az xəbər verir ki, Səyyad Əliyev 1967-ci ildə martın 27-də Cəlilabadın Zopun kəndində anadan olub.

O, S.M.Kirov Leninqrad Meşə Texniki Akademiyasını (1994) və Dövlət İdarəçilik Akademiyasını (2008) bitirib. 2005-ci ildə Sankt-Peterburq şəhərinin Dubrovskoye rayon Deputatlar Sovetinin sədri və bələdiyyə başçısı seçilib.

2011-ci ildən V çağırış Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı, “Vahid Rusiya” Fraksiyasının üzvüdür.

Onu da qeyd edək ki, Səyyad Əliyev Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA