Deputat geyiminə görə qovulan aparıcını müdafiə etdi

img

12-02-2014 [12:08]


"Azərbaycanda ondan daha bərbad geyim formasında efirə çıxanlar var. Onu dərhal işdən çıxarmalısınız?”.

AzVision.az xəbər verir ki, milət vəkili Fazil Mustafa İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın işdən çıxarılmasına münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, həmin qadının işdən çıxarılması ilə bağlı qərarın bu cür təqdim olunması təqdir olunmaz bir şeydir. 
"Başqasının həyatına bu cür müdaxilə etmək olmaz. Bunu edənlər düşünməlidir ki, bu cür hadisələr sabah öz başlarına da gələ bilər”.

Qeyd edək ki, İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. Buna səbəb Leyla Aslanovanın geyiminin sosial şəbəkələrdə və xəbər portallarında ən çox müzakirə olunan mövzulardan birinə çevrilməsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA