Allahşükür Paşazadə İtaliyada: QMİ sədri I Varfolomeylə görüşüb - FOTOLAR

img

15-09-2021 [16:17]


Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb.

Mia.az Azərtac-a istinadla xəbər verir ki, görüşdə şeyxülislam forumun dünyanı narahat edən aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. QMİ sədri Konstantinopol Patriarxı I Varfolomeyin bu vacib foruma təşrif buyurmasının əhəmiyyətini qeyd edib.

Konstantinopol Patriarxı I Varfolomey isə öz növbəsində şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyi görüşləri xatırladıb, bundan sonra da bu kimi platformalarda birgə fikir mübadiləsinin dinlərarası dialoqa töhfə verəcəyini bildirib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR