Çempionlar Liqası: "Sevilya" xal itirdi, "Mançester Yunayted" isə gözlənilməz məğlubiyyətlə üzləşdi

Çempionlar Liqası: "Sevilya" xal itirdi, "Mançester Yunayted" isə gözlənilməz məğlubiyyətlə üzləşdi

İDMAN

14.09.2021, 22:54

UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

Mia.az Report-a istinadla xəbər verir ki, İspaniyada "Sevilya" Avstriya "Zaltsburq"u ilə heç-heçə edib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR