Çempionlar Liqası: "Sevilya" xal itirdi, "Mançester Yunayted" isə gözlənilməz məğlubiyyətlə üzləşdi

img

14-09-2021 [22:54]


UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.

Mia.az Report-a istinadla xəbər verir ki, İspaniyada "Sevilya" Avstriya "Zaltsburq"u ilə heç-heçə edib.

İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:27 30.06.2025

İranda zəlzələ olub