Mövsüm Səmədov müalicə müəssisəsinə köçürüldü

img

11-02-2014 [18:00]


Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov fevralın 11-də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürülüb. Mövsüm Səmədov ümumi halsızlıq və böyrəyində yaranan ağrılardan əziyyət çəkir. Vəkil Anar Qasımlı "Media forum” saytına deyib ki, köçürülmə üçün ötən həftə müraciət edilmişdi.


Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA