İran səfiri Azərbaycanı təhdid etdi

img

11-02-2014 [16:27]


"Azərbaycanın tarixi iddiaları onun suverenliyini sual altına qoya bilər”. "Axar.az” xəbər verir ki, bu açıqlama ilə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi çıxış edib.

O, Azərbaycan dövlət adamlarını öz çıxışlarında diqqətli olmağa çağırıb: "Azərbaycan dövlət adamları bu kimi (Güney Azərbaycan. – red.) tarixi iddialarla çıxış edəndə çox şeyi nəzərə almalıdırlar. Onlar bilməlidirlər ki, əgər tarixi iddialar tələb olunsa, Azərbaycanla bərabər bir çox ölkələrin suverenliyi sual altında qalacaq”.

M.Rəisi həmçinin yaxın zamanlarda İran prezidentinin Ermənistana rəsmi səfər edəcəyini bildirib.

Qeyd edək ki, Məhəmməd Rəisi keçən ilin dekabrında etdiyi çıxışda Ermənistanı İranın dostu olduğunu bildirmiş və ölkə qazını rəsmi İrəvana 100 dollara satmağa hazır olduqlarını bəyan etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA